bu ay 2021
bu il 2021
OBASTAN VİKİ
Bu gün (qəzet)
"Bu gün" — gündəlik ictimai-siyasi qəzet. == Tarixi == Əsası 1997-ci ildə Nəsib İsmayılov və üç qardaşı - Əlövsət, Nizami və Siyasət İsmayılovlar tərəfindən qoyulub. Həmin ilin 21 mayinda ilk say 4 səhifədə, cəmi 2 min tirajla çıxıb. Qəzetin ilk 4 sayı cəmi baş redaktor Nəsib İsmayılov və iki əməkdaş tərəfindən hazırlanıb – Şeyda Nəsibli və Elman Maliyev. Sonrakı aylarda qəzet sürətlə inkişaf edərək həm dövriliyini, həm səhifə sayını, həm də tirajını artırıb və 1998–ci ildən etibarən gündəlik olaraq 16 – 32 səhidədə 35 – 40 min tirajala çap olunub. 1999–cu ildə qəzet Türkiyənin Milliyet qəzetindən aldığı 10 seksiyalı çap maşını ilə öz mətbəəsini qurub. Ən güclü vaxtlarında əlavələri ilə birlikdə (“Əyləncə”, “Asudə vaxt”, “Avtoritet, “Qorxulu qəzet”, “Şou-xəbər”) toplam həftəlik tirajı 500.000 nüsxənin üzərində olub. 2001–ci ildə qəzet fəaliyyətini dayandırıb, 2003-cü ildə qısa müddətə fəaliyyətini bərpa etsə də, yenidən dayanıb. 2013–2014–cü illərdə qəzetin elektron versiyası – bugun az saytı fəaliyyət göstərib. == Yazarları == Bir çox tanınmış jurnalistin peşəkar karyerası “Bu gün” də başlayıb – Etibar Cəbrayıloğlu, Seymur Verdizadə, Nadir Azəri, Müşfiq Ələsgərli, Vüsalə Mahirqızı, Rəvan Soltanov, Əfqan Qafarlı.
Bu gün qəzeti

Dünən, bu gün, sabah
Dünən, bu gün, sabah (film, 1963)
Ağdam Bu Gün, Sabah (1990)
Ağdam bu gün, sabah filmi rejissor Ramiz Əliyev tərəfindən 1990-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent Ağdam rayonunun inkişafından, tərəqqisindən söhbət açır, bu diyarın gözəlliklərini vəsf edir, eyni zamanda bizi bölgənin təsərrüfatlarındakı bugünkü vəziyyətlə və bir də DQMV-də baş verən hadisələrin bölgə əhalisində doğurduğu ovqatla tanış edir. == Məzmun == Kinolent Ağdam rayonunun inkişafından, tərəqqisindən söhbət açır, bu diyarın gözəlliklərini vəsf edir, eyni zamanda bizi bölgənin təsərrüfatlarındakı bugünkü vəziyyətlə və bir də DQMV-də baş verən hadisələrin bölgə əhalisində doğurduğu ovqatla tanış edir.
Bakı bu gün (film, 1958)
Bakı bu gün qısametrajlı sənədli filmi rejissor Rasim Ocaqov tərəfindən 1958-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın paytaxtı-qədim Bakının bu günündən, tanınmış sakinlərindən, tarixi abidələrindən, görməli yerlərindən, yeni tikililərindən söhbət açır. Film ilk genişekranlı sənədli filmdir. == Məzmun == Film Azərbaycanın paytaxtı-qədim Bakının bu günündən, tanınmış sakinlərindən, tarixi abidələrindən, görməli yerlərindən, yeni tikililərindən söhbət açır. == Film haqqında == Film ilk genişekranlı sənədli filmdir.
Dünən, Bu Gün və... (1989)
== Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ramiz Əliyev Ssenari müəllifi: Eldar Quliyev Operator: Nemət Rzayev, Bağır Rəfiyev, Azad Rzayev Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320.
Gün
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Azərbaycan İdmanı Dünən, Bu Gün... (1991)
Azərbaycan idmanı dünən, bu gün... filmi rejissor Rafiq Yüzbaşov tərəfindən 1991-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycan idmanını şöhrətləndirən görkəmli idmançılarımıza həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan idmanını şöhrətləndirən görkəmli idmançılarımıza həsr olunmuşdur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Fəraməz Səfiyev Rejissor: Rafiq Yüzbaşov Operator: Azər Salayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Ağdam Bu Gün, Sabah (film, 1990)
Ağdam bu gün, sabah filmi rejissor Ramiz Əliyev tərəfindən 1990-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent Ağdam rayonunun inkişafından, tərəqqisindən söhbət açır, bu diyarın gözəlliklərini vəsf edir, eyni zamanda bizi bölgənin təsərrüfatlarındakı bugünkü vəziyyətlə və bir də DQMV-də baş verən hadisələrin bölgə əhalisində doğurduğu ovqatla tanış edir. == Məzmun == Kinolent Ağdam rayonunun inkişafından, tərəqqisindən söhbət açır, bu diyarın gözəlliklərini vəsf edir, eyni zamanda bizi bölgənin təsərrüfatlarındakı bugünkü vəziyyətlə və bir də DQMV-də baş verən hadisələrin bölgə əhalisində doğurduğu ovqatla tanış edir.
Dünən, bu gün, sabah (film, 1963)
"Dünən, bu gün, sabah" (it. Ieri, oggi, domani) — rejissor Vittorio de Sikanın üç hissəli filmi. == Məzmun == Film 3 hissədən ibarətdir. Birinci hissə "Adelina" adlanır. Eduardo de Filippo tərəfindən yazılıb. Bu əhvalat Neapoldakı ispan məhəlləsində həqiqətən baş vermişdir. Qaçaqmal siqaret satıcısı Adelina Sbaratti həbsdən xilas olmaq üçün hər dəfə ana olur. Yeddinci uşağın doğulmasından sonra bu əzablardan bezmiş Adelina əri Karmin haqqında fikirləşir. O, başa düşür ki, Karmi onu böyük işgəncədən xilas edib. İkinci hissə "Anna" adlanır və Alberto Moravia tərəfindən yazılıb.
Dünən, bu gün, sabah (film, 1992)
== Məzmunu == Filmdə demokratiya, azadlıq, ziyalı və s. məsələlərdən bəhs edilir.
Dünən, bu gün və... (film, 1989)
== Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ramiz Əliyev Ssenari müəllifi: Eldar Quliyev Operator: Nemət Rzayev, Bağır Rəfiyev, Azad Rzayev Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320.
Bu gün sən öləcəksən (film, 2005)
Bu gün sən öləcəksən (ing. Today You Die) — rejissor Don E. Font LeRoyun çəkdiyi və Stiven Siqalın baş rolda oynadığı cinayət döyüş janrında olan filmdir. Filmin premyerası 13 sentyabr 2005-ci ildə baş tutmuşdur. Filmin şüarı “Niyə Siqal Las Veqasdadır? Bəlkə də onu məhv etmək üçün” olmuşdur. == Süjet xətti == Böyük bir kriminal təcrübəyə malik olan Harlan Benks qəfildən cinayətkar keçmişi ilə vidalaşmaq və yeni bir həyata başlamaq qərarına gəlir. Onun cazibədar sevgilisi də ona bu işdə dəstək olur. Artıq o, sakit, rahat, ölçülüb-biçilmiş bir həyat sürmək fikrindədir. Bunun üçün də Harlan yük maşını sürücüsü kimi “normal” işə düzəlir. İlk tapşırığını alan Benks Las-Veqasa gedir və burada təsadüfən soyğunçuluqla məşğul olmalı olur.
Azərbaycan idmanı dünən, bu gün... (film, 1991)
Azərbaycan idmanı dünən, bu gün... filmi rejissor Rafiq Yüzbaşov tərəfindən 1991-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycan idmanını şöhrətləndirən görkəmli idmançılarımıza həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan idmanını şöhrətləndirən görkəmli idmançılarımıza həsr olunmuşdur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Fəraməz Səfiyev Rejissor: Rafiq Yüzbaşov Operator: Azər Salayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Gün Ana
Gün Ana - türk və altay mifologiyasında Günəş Tanrıçası. Kün Ana və ya Günəş (Küneş) Ana olaraq da bilinər. Bəzən Yaşık Ana da deyilir. Monqollar Nar (Nara) Ece deyirlər. Altay türklərinin inancında göy aləminin ən yüksək qatında oturan, günəş tanrıçası olaraq görülə biləcək müqəddəs bir varlıqdır. Bu inanca görə Gün Ana insanların ilk böyük anası və Ay Ata ilk böyük atasıdır. Göyün yeddinci qatında oturar. Türklərlə də əlaqəli bəzi ön Asiya kültürlerinde dişi olaraq qəbul edilmişdir. İndiki vaxtda qızlara Günəş adının verilməsinin səbəblərindən biri də budur. Türklərdə günəş istinin ay isə soyuğun simvoludur.
Gün keçdi
Gün keçdi (film, 1971) — kinorejissor Arif Babayevin bədii filmi. Gün keçdi (film, 2012) — bəstəkar Emin Sabitoğlu haqqında çəkilmiş sənədli film.
Gün xan
Gələcək gün
Gələcək gün—Mirzə İbrahimovun əsəri. == Mövzu == İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur. Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. “Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.
Mehmet Gün
Mehmet Gün (türk. Mehmet Gün; 1954, Ankara – 26 fevral 2014, Berlin) — türk rəssam. == Həyatı == Mehmet Gün 1954-cü ildə Ankarada anadan olub. Vyana İncəsənət Akademiyasını başa vurmuşdur. Rəngkarlıqla yanaşı, fotoqrafiya ilə də məşğul olan türk rəssam Almaniyada "Denis Gün" kimi tanınırdı. Rəssamın "Galerie-Seitz" adlı qalereyası var idi. Mehmet Gün 26 fevral 2014-cü ildə Berlində müalicə olunduğu xəstəxanada 60 yaşında dünyasını dəyişib.
Nurəngiz Gün
Nurəngiz Gün (21 sentyabr 1938, Bakı, Azərbaycan SSR – 20 dekabr 2014, Bakı, Azərbaycan) — Azərbaycan şairəsi, aktrisası, diktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü (?-2014) Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbini, ADİU-i bitirmişdir. Nurəngiz Gün Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışmış, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləmişdir. Prezident təqaüdçüsü olmuşdur. 23 aprel 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Nurəngiz Günün 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Yubiley tədbirində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində vəfat etmiş, dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunmuşdur. Babası məşhur həkim Mirzə Ələkbər Hacızadə Əfəndi 1937-ci ildə repressiya edilmişdir. Millət vəkili Jalə Əliyevanın anasıdır.
44 gün
44 gün — özbək şairi Xasiyyət Rüstəmovanın yazdığı məqalə, gündəlik və dastandan ibarət kitab. Kitabın əsas mövzusu Azərbaycan və Ermənistan arasında 44 günlük müharibəyə həsr olunub. == Çapı == Kitab 2021-ci ildə Özbəkistanın Daşkənd şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə nəşr olunub. Kitaba Qənirə Paşayeva və şair-tərcüməçi Fəhriyar ədəbi məsləhətlər veriblər. == Kitab haqqında == Kitab VI bölmədən ibarətdir. Birinci bölmə “Adı Lalə idi o qızın” dastanı ilə başlayır. Ondan sonra “Rahatsız keçən 44 gün” və “Qarabağ xəyallarıma girir” kimi gündəliklər bölməsini ehtiva edir. Həmçinin kitabda müasir Azərbaycan yazıçıları Xosiyyət Rüstəmovaya həsr olunmuş xatirələrini “Yuxuyuma girər Qarabağ” bölməsində yazıblar. Sonuncu bölmə şairənin tərcümeyi-halına həsr edilmişdir.
Bazar (gün)
Bazar – dünyanın bir çox ölkələrində həftənin sayca yeddinci ( bəzilərində birinci ) günü. Bazar günü həftədə şənbə günü ilə bazar ertəsi günü arasında yerləşir. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin yeddinci günüdür. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə b.- da yazılır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə bazar günü ikinci istirahət günüdür. == Adı == Günün adı qədimdən məhz bu gün kənd bazarlarının keçirilməsi ilə yaranıb. == Dinlərdə == === Islam === İslam dinin rəsmi din edildiyi ölkələrdə və İsraildə bazar gene adı iş günüdür. Yəhudi xalqının inancına görə yeni il bazar günüdən başlaya bilməz, çünki, bu halda yanvar ayının 13-ü cümə gününə düşür ki, bu isə çox uğursuz hal sayılır. Bu gün azərbaycan dilində həm rəsmi, həm qeyri-rəsmi şəkildə bazar günü adlanır. === Xristian === Bəzi konservativ xristian Avropa dövlətlərində bazar günü işləmək və mal almaq günah sayılır.
Gün enerjisi
Günəş enerjisi — günəş işığından enerji əldə edilməsi texnologiyası. Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Günəş enerjisini iki üsul ilə işlətmək olar: müxtəlif termik sistemlərin köməyi ilə, istilik enerjisi şəklində, foto-kimyəvi və fotoelektrik proseslərin çevrilməsi üzrə qurğularda. == Texnologiyası == Günəş enerjisini elektrik enerjisinə çevirmək üçün müxtəlif növ kollektorlardan istifadə olunur. Yüksək temperatur yaradan kollektorlarda günəş işığını əks etdirən, toplayan və günəşin istiqaməti üzrə hərəkət edən parabolik güzgülərdən istifadə olunur. Bu kollektor sisteminə xüsusi maye üçün nəzərdə tutulan istilik dəyişmə sistemi də daxildir. Səmərəliliyinə görə günəş kollektorlarından istifadə mərkəzləşdirilmiş enerji sistemlərindən uzaq olan ərazilərdə özünü doğruldur.
Gün sistemi
Günəş sistemi — Günəş və onun cazibə qüvvəsinin təsirində olan 8 planetlə onların məlum 166 təbii peyki, 5 cırtdan planetlə onların məlum altı təbii peyki və milyardlarla kiçik göy cisimlərindən ibarətdir. Kiçik göy cisimləri qrupuna asteroidlər, Koyper qurşağındakı cisimlər, kometlər, meteorlar və planetlərarası mühit-qaz və toz daxildir. Günəş sistemində yerləşən ilk dörd planetə Yer qrupu planetlər, digər dörd planetə isə Nəhəng planetlər deyilir. Koyper qurşağından kənarda isə seyrək disk şəklində olduğu düşünülən Oort buludunun yerləşdiyi təxmin olunur. Günəşdən olan uzaqlıqlarına görə planetlər ardıcıl olaraq Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptundur. Bu səkkiz planetin altısının ətrafında dolanan təbii peykləri vardır. Bundan başqa nəhəng planetlərin ətrafında fırlanan toz və digər kiçik hissəciklərdən ibarət olan halqaları vardır. Yer planetindən başqa digər planetlərin adlarının mənşəyi Yunan və Roma mifologiyasındakı tanrılardır. Cırtdan planetlərdən olan Serera Asteroid qurşağında yerləşir və burada yerləşən ən böyük cisimdir. Erida məlum olan ən böyük cırtdan planetdir.
Milli gün
Milli bayram bir ölkədə qeyd olunan milli bayramlara verilən addır. Buna misal olaraq Türkiyənin 30 Avqust Qələbə Günü, Amerikanın Müstəqillik Günü, Respublika Günü, Kanada Gününü göstərmək mümkündür. Ümumiyyətlə millətçi məzmuna malik olan bu tətillərdə; həmin ölkənin milli azadlıq müharibəsini qazandığı gün, rəsmi olaraq tanındığı gün, əhəmiyyətli bir hadisənin şahidi olduğu gün və ya etnik-mifoloji əhəmiyyət kəsb edən bir gün qeyd edilə bilər. Milli bayram adətən tətildir. Bir çox ölkədə birdən çox milli bayram var. Danimarka və Böyük Britaniya milli bayramı olmayan yeganə ölkələrdir.

Значение слова в других словарях